FTB rusları kəşfiyyat məlumatlarını paylaşmağa dəvət edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Fox News xəbərində Ukraynada "sonsuz" müharibə davam edərkən FTB-nin Rusiya ilə bağlı kəşfiyyat işlərini sürətləndirmək üçün sosial mediaya müraciət etdiyi vurğulanıb.

Müvafiq olaraq, Facebook və Twitter-də yayımlanan videoda Vaşinqtondan və Rusiya səfirliyindən görüntülər yer alıb. Ayrı-ayrı şəxslərə ABŞ-a kəşfiyyat məlumatı versələr, gələcəklərini dəyişdirmək imkanı təklif edilib.

FTB-nin əks-kəşfiyyat bölməsindən Alan Kohler, "FTB sizə dəyər verir. FTB sizə kömək edə bilər, ancaq ilk addımı atmaq səlahiyyətinə sahibsiniz" ifadələrini işlədib.

Mərkəzi Kəşfiyyat İdarəsinin Moskva stansiyasının keçmiş rəhbəri Dan Hoffman deyib ki, sözügedən sosial media mesajı "aydın" və "müdrik" olub və FTB-yə və ölkənin Rusiya təcavüzünə qarşı qalib gəlməyə kömək edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31