9-cu mərtəbədən yıxılan məktəbli sağ qaldı
10 Aprel 2023 11:32 DünyaVoronejdən olan 14 yaşlı məktəbli 9-cu mərtəbədən yıxılaraq sağ qalıb.
Olaylar.azxəbər verir ki, məlumata görə, o, huşsuz vəziyyətdə və çoxsaylı xəsarətlərlə hündürmərtəbəli binanın pəncərələri altında tapılıb. Məlumdur ki, məktəbli kifayət qədər qapalı həyat tərzi keçirib və yalnız özündən bir yaş böyük olan oğlanla yaxından ünsiyyətdə olub. Qızın valideynləri boşanıb.
Keçən ilin noyabrında qızın dayaq-hərəkət sistemində problemlər yaranıb. O, axsamağa başlayıb. Baş çəkdiyi həkimlər problemin psixosomatik olduğunu bildirsələr də, rəsmi diaqnoz qoymayıblar.
Zərərçəkənin dostu bildirib ki, məktəbli son günlərdə özünü pis hiss etdiyindən şikayət edib.
Hazırda xəstəxanaya yerləşdirilən qızın vəziyyəti ağırdır
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31