Trampdan 3-cü dünya müharibəsi mesajı - ÖZƏL
10 Aprel 2023 10:44 DünyaABŞ-ın 45-ci prezidenti olmuş Donald Tramp sosial media hesabında "Üçüncü Dünya Müharibəsi" xəbərdarlığı edib. "OLAYLAR" haber7.com-a istinadən bildirir ki, Tramp keçən həftə də "dünya hərtərəfli nüvə müharibəsi yaşaya bilər" ifadəsi işlətmişdi.
Keçmiş prezidenti paylaşımında 3-cü dünya müharibəsinin başlama ehtimalının çox olduğunu bildirməklə yanaşı, belə bir təhlükənin olmasında Bayden administrasiyasını ittiham edib. O bildirib ki, 3-cü dünya müharibəsi Bayden administrasiyasının liderliyi ilə başlayacaq.
Tramp həmçinin xəbərdarlıq edib ki, ABŞ iqtisadiyyatı çökür və inflyasiya nəzarətdən çıxır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31