Əfqanıstanda partlayış: 2 ölü, 12 yaralı var- ÖZƏL

Olaylar.az xəbər verir ki, Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Kabildə Əfqanıstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında naməlum səbəbdən partlayış baş verib. Şiddətli partlayışdan sonra hadisə yerinə çoxlu təcili yardım maşınları göndərilib. İtaliya Təcili Tibbi Yardım Xəstəxanasından edilən yazılı açıqlamada `1-i uşaq olmaqla 12 yaralı xəstəxanamıza gətirildi. Digər 2 yaralı isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31