42 il həbsdə yatan seriyalı qatil qətlə yetirildi: 71 şəxs öldürüb
7 Mart 2023 13:42 DünyaBraziliyada 71 qətldə təqsirli bilinən və 42 il həbsdə yatdıqdan sonra 2017-ci ildə azadlığa çıxan "Kiçik Qatil Pedro" ləqəbli məşhur seriyalı qatil Pedro Rodriqes Filyo güllələnib.
Olaylar.az AZXEBER.COM-a istinadən xəbər verir ki, "Metropoles" qəzeti ölkənin ən məşhur serial qatillərindən biri hesab edilən 68 yaşlı Filhonun dünən öldürüldüyünü bildirib.
İki silahlı şəxs San-Paulu əyalətinin Mogi das Kruzes şəhərindəki evinin qarşısında portuqalca "Pedrinho Matador" və ya "Kiçik Qatil Pedro" kimi tanınan Filyoya dəfələrlə atəş açıb.
İlk dəfə 1973-cü ildə həbs edilən və 2007-ci ildə həbsdən çıxan Filho, daha sonra daha iki müddətə azadlıqdan məhrum edilib. Filho 71 qətldə təqsirli bilinib və ümumilikdə 42 il həbs cəzası çəkdikdən sonra 2017-ci ildə azad edilib.
Filho öz atası da daxil olmaqla sağlığında 100-dən çox insanı öldürdüyünü iddia edib.
İstintaqı davam etdirən səlahiyyətlilər Filhonun qətlinin qisas məqsədi ilə törədilən cinayət ola biləcəyindən şübhələnirlər.