Texnologiyada son nöqtə: İspaniyadakı sürücü Almaniyadakı avtomobili idarə etdi- ÖZƏL
3 Mart 2023 11:13 DünyaOlaylar.az xəbər verir ki, İspaniyada davam edən "Mobil Dünya Konqresi"ndə kommunikasiya texnologiyasındakı ən son yeniliklər açıqlanıb. Uzaqdan girişlə Almaniyada bir avtomobil İspaniyada sürücü tərəfindən idarə edilib. İspaniyanın Barselona şəhərində keçirilən "Mobil Dünya Konqresi"ndə canlı yayımlanan bu görüntülər kommunikasiya texnologiyasındakı son inkişafı ortaya qoyub. Barselonadakı sürücü Berlində 5G texnologiyasının köməyi ilə elektrikli avtomobil sürüb. Sürücü avtomobili kompüter ekranlarından ibarət platforma vasitəsilə idarə edib. Texnologiyanı inkişaf etdirən Alman şirkətinin baş meneceri Thomas Von Der Ohe, böyük şəhərlərdə nəqliyyat probleminin həllinə kömək etməyi hədəflədiklərini söyləyib. Sözügedən tətbiqdə istifadə edilən L4S adlı texnologiya fasiləsiz əlaqə təmin edir. Mobil şəbəkələrdən birində problem olarsa, digəri işə düşür.