Lavrovun mövqeyi gözləniləndir - ÖZƏL

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Nəzarət Buraxılış Məntəqəsi barədə neqativ mövqeyi həm Rusiyanın bölgədə maraqları, həm də taktiki mövqeyi (vasitəçi) səbəbiylə gözləniləndir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri səsləndirən siyasi elmlər üzrə fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy deyib ki, anca bütün halda ərazidə Nəzarət Buraxılış Məntəqəsi olacaq: "Bunun başqa yolu yoxdur. Rusiya buna Ermənistan "hə" deyəndən sonra müsbət fikir bildirəcək. Əslində daha öncə Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə müxtəlif müsbət işarələr verib". Nazim Cəfərsoyun sözlərinə görə, Rusiya tərəflərin razılaşdığını və Moskvanın da normallaşma üçün bu məsələyə dəstək verdiyini deyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31