Papua -Yeni Qvineyada 6,5 ​​bal gücündə zəlzələ baş verib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Sakit okeanın cənub-qərbində Papua-Yeni Qvineyada 6,5 ​​bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) Papua -Yeni Qvineyanın Kimbe bölgəsində zəlzələnin 598 kilometr dərinlikdə baş verdiyini açıqlayıb. Yerli mənbələrin məlumatına görə, zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilməyib, artçı təkanlar isə bir neçə gün davam edə bilər. Zəlzələ ilə bağlı bölgədə sunami xəbərdarlığı edilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31