Türkiyə Böyük Millət Məclisi fövqəladə vəziyyət rejimini təsdiqlədi

Türkiyənin zəlzələ olan 10 vilayətində fövqəladə vəziyyət rejimi barədə qərar Türkiyə Böyük Millət Məclisində qəbul edildi.

Olaylar.az bildirir ki, trend bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd edilib ki, Türkiyədə zəlzələ olan bögələrdə 3 ay müddətinə fövqəladə vəziyyət rejimi olacaq.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Xeyli sayda insan həlak olub və yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31