Avropa ölkələri indi danışıqlara hazır deyil - ÖZƏL
9 Fevral 2023 16:34 Dünya"Avropa ölkələri hazırda danışıqlar aparmaq iqtidarında deyillər, lakin onların hökumətləri daha səviyyəli olarsa, gələcəkdə danışıqlar aparmaq mümkün ola bilər".
Olaylar.az xəbər verir ki, bunu hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.
"Belə şəraitdə, Avropa ilə danışıqlar aparmaq mümkün olmadığı halda, hazırkı mərhələdə onlarla danışıqlar aparmağın mənası yoxdur. Bununla belə, Avropa bizim qonşumuz, Rusiya da Avropanın qonşusu olaraq qalır. Gələcəkdə, daha ağıllı hökumətlər olanda, o zaman onlarla danışıqlar aparmaq mümkün olacaq", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31