Rusiyada elektron avtomobillərin istehsalı 2023-cü ildə artacaq - ÖZƏL

"2023-cü ildə Rusiyada elektromobil istehsalının 9 dəfə artaraq ildə 18 min ədədə çatacağı gözlənilir".

Olaylar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov bildirib.

"2022-ci ildə Rusiyada 2000-ə yaxın elektromobil istehsal edilib. Elektriklə işləyən avtomobillərin istehsalının artması tendensiyası var. Bu il elektriklə işləyən avtomobillərin istehsalını 9 dəfə artırmaq planlaşdırılır ki, bu da ildə təxminən 18 min ədədə qədərdir" - o, deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31