Fəlakətdən sonra iqtisadi vəziyyət necə olacaq?- ÖZƏL

"Türkiyənin çətin vəziyyətdə olan iqtisadiyyatı bu fəlakətdən sonra daha da çətinləşəcək. İqtisadi tənəzzül mərhələsinə də qədəm qoya bilər. Çünki, itkilər dəqiq şəkildə hesablanmayıb. Rəqəmlər çox böyük olarsa, iqtisadi tənəzzül effekti qaçınılmazdır. Hazırda dağıntıların miqyası da çox geniş olduğu üçün, bu ehtimal öz varlığını qoruyur. Ancaq, fəlakətin siyasi proseslərə necə təsir etdiyini ilkin mərhələdə demək çətindir".

Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:

Bundan sonrakı proseslərə müxalifətin, toplum üzərində nüfuz sahibi olan şəxslərin necə yanaşmasını bilmirik. Beynəlxalq münaibətlərdə isə Türkiyənin nüfuzu sarsılmayacaq. Çünki, Türkiyə köklü və əhəmiyyətli ölkədir. Təbii ki, problemlər, krizlər olacaq. İqtisadi problemlər, ölkədaxili siyasətin necə olacağı isə zamanla bəlli olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31