MÖCÜZƏ: Zəlzələdən 60 saat sonra yaşyarımlıq körpə BELƏ xilas edildi - ANBAAN VİDEO

Türkiyəyə yardım üçün səfərbər olan macarıstanlı xilasedicilər Hatay şəhərində, zəlzələdən 60 saatdan çox keçməsinə baxmayaraq, yaşyarımlıq uşağı dağıntılar altından xilas ediblər. 

Olaylar.az bizim.media-ya istinadən bildirir ki, bu barədə Macarıstanın Türkiyədəki səfiri Viktor Matiş video yayıb. 

"Peşt vilayəti Axtarış-Xilasetmə Qrupu 1,5 yaşındakı uşağı xilas edir. Hatay, 8 fevral, 2023", - deyə diplomat qeyd edib. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31