Türkiyəyə belə dəstək oldular - Möhtəşəm ifa - VİDEO

Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yaranan mənzərə hələ də acınacaqlı olaraq qalır.

Belə bir vəziyyətdə dünya ölkələri Türkiyəyə dəstək olmağa davam edirlər. İstər məşhurlar, istərsə də adi vətəndaşlar əllərindən gələni əsirgəmirlər.

Bunlar arasında dünyaca məşhurlarla yanaşı, azərbaycanlı məşhurlar da var. Onlar zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün sosial mediada paylaşımlar edir, Bakıda təşkil olunan dəstək aksiyasında da iştirak edirlər.

Olaylar.az Bakupost.az -a istinadən xəbər verir ki, bu sənətçilər arasında Xalq artisti Siyavuş Kərimi və Zabitə Alıyeva da var. Sənətçilər Türkiyəyə mahnı ifa edərək dəstək olublar.

Onların möhtəşəm ifası sosial mediada çox bəyənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31