İlk təyyarə səfərləri ata-anasız keçdi... - FOTO

Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən sonra dağıntılar altından çıxarılan kimsəsiz körpələr Ankaraya aparılıb.

Olaylar.az Sfera.az-a istinadən xəbər verir ki, 0-1 yaş aralığından olan 16 uşaq Türkiyə Prezidentinin təyyarəsi ilə paytaxta göndərilib.

Körpələr Ankarada xəstəxanaya yerləşdirilib. Onların ümumi vəziyyətinin yaxşı olduğu bildirilir.

Uşaqların bəzilərinin üzərində şəxsiyyətini müəyyən etməyi asanlaşdıracaq məlumatlar qeyd olunub.

 












 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31