BMT rəsmilərinin Türkiyənin zəlzələ bölgəsinə səfəri gözlənilir
8 Fevral 2023 23:25 DünyaBirləşmiş Millətlər Təşkilatı (BMT) rəsmiləri yaxın günlərdə Türkiyədə zəlzələ bölgələrinə səfər edəcəklər.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.
Onun sözlərinə görə, BMT-nin Baş katibi Antonio Quterreş zəlzələdən zərər çəkmiş ölkələrin rəhbərləri ilə əlaqə saxlayıb və təşkilatın fövqəladə hallar qruplarının bölgəyə səfərbər olunduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31