Ukaynaya “Challenger” tanklarının verilmə tarixi AÇIQLANDI

Ukrayna yaxın vaxtlarda Britaniyadan "Challenger" tanklarını alacaq.

Olaylar.az apa-ya istinadən bildirir ki, Britaniya bürosunun xəbərinə görə, bu barədə Baş nazir Rişi Sunak Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Britaniya "Challenger" tanklarını mart ayına kimi Ukraynaya göndərməyi planlaşdırır.

Zelenski çıxışında Böyük Britaniyanın bu mübarizədə çox fəal olmasının heyrətamiz olduğunu deyib və minnətdarlığını ifadə edib.

Mətbuat konfransı zamanı digər diqqətçəkən məqam isə sual verən ukraynalı jurnalistin Prezident Zelenskini qucaqlaması olub.

Jurnalist prezidentə təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31