Rusiyanın Londondakı səfirliyi qırıcıların Ukraynaya verilməsinə münasibət bildirib

Rusiyanın Britaniyadakı səfirliyi bu ölkənin qırıcılarının Ukraynaya verilməsinin bütün Avropa üçün hərbi və siyasi nəticələrə səbəb olacağı xəbərdarlığını edib.

Olaylar.az apa-ya istinadən xəbər verir ki, Britaniya bürosunun xəbərinə görə, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Parlamentində çıxışı zamanı Britaniyaya və Qərbə səslənərək ölkəsinə hərbi təyyarələrin göndərilməsi üçün müraciət edib.

Rişi Sunak bu barədə hələ qərar verməsə də, onun sözçüsü müdafiə naziri Ben Uollesin mümkün uzunmüddətli həll kimi təyyarələrin göndərilməsi məsələsini araşdırcağını deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31