Zelenski Parisə SƏFƏR EDƏCƏK

Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Fransanın paytaxtı Parisə səfər edəcək.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə BFM TV məlumat yayıb.

Məlumata görə, Makron administrasiyası jurnalistlərə bu axşam Yelisey sarayında Zelenskini gözlədiklərini təsdiqləyib.

Eyni zamanda, Almaniyanın NTV kanalı bildirib ki, Almaniya kansleri Olaf Şolts ukraynalı və fransalı həmkarları ilə görüşmək üçün Parisə uçacaq.

Qeyd edək ki, Zelenski Londonda səfərdədir. Onun Brüsselə gedəcəyi də gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31