Zəlzələdən zərərçəkənlər üçün sığınacaqlar yaradılıb
8 Fevral 2023 21:40 DünyaTürkiyədə zəlzələdən zərərçəkənlər üçün 1 milyon 60 min insan tutumunda sığınacaqlar təşkil edilib.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
O qeyd edib ki, zəlzələ bölgələrinə artıq təbii qazın verilməsi başlayacaq.
"1 milyon 60 min insan tutumunda sığınacaqlar təşkil edilib. Hazırda zəlzələ bölgəsində 103 min 800 şəxs axtarış və xilas-etmə işlərində iştirak edir", - deyə F.Oktay əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31