Ridli Skott smartfonla FİLM ÇƏKDİ

Rejissor Ridli Skott yeni dörd dəqiqəlik filmini tamamilə smartfonla çəkib. Qısametrajlı film "YouTube"da yayımlanıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, "Behald!" qısametrajlı ekran əsərinin süjet xəttinə əsasən, baş qəhrəman başqalarının aqressivliyi ilə üzləşən, daha sonra təbiət qoynunda ata kömək edərək rahatlıq tapan imkansız bölgədən olan gəncdir.

"Alien", "Blade Runner" və "Gladiator" kimi məşhur filmlərin rejissoru qadcetin əsas kamerasındakı 200 meqapiksellik sensordan razı qalıb. O, çəkilişləri asanlaşdıran smartfonun yığcamlığına diqqət çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31