Hatayda 3356 nəfər həyatını itirib - Ərdoğan
8 Fevral 2023 19:41 DünyaTürkiyənin zəlzələ bölgəsi olan Hatayda 3356 nəfər həyatını itirib.
Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Hatayda əsgər, jandarma və polisdən ibarət 21200 nəfərlik heyət xilasetmə axtarış işləri görür. 9179 nəfərlik tibbi heyət də burada fəaliyyətini davam etdirir", - deyə o əlavə edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31