Əsgərlikdən qayıdan gənc faciəvi şəkildə öldü
31 Yanvar 2023 14:03 Dünyaİstanbulun Sancaktepe ərazisində bir həftədir itkin düşən 25 yaşlı Bahadır Ekizin meyiti tapılıb.
Olaylar.az AZXEBER.COM-a istinadən xəbər verir ki, onun cansız bədəni bir tikintidəki su quyusundan tapılıb.
Su quyusunda meyit olduğunu əvvəlcə məhəllə sakinləri görüblər.
Daha sonra hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis qrupları çağırılıb.
Araşdırmalaa cəsədin bir həftədir itkin düşmüş 25 yaşlı Bahadır Ekizə aid olduğunu müəyyən ediblər.
Bahadır Ekizin bir müddət əvvəl əsgərlikdən qayıtdığı və daha əvvəl də itkin düşmüş şəxslə bağlı cinayət işi açıldığı öyrənilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31