Uşağın davranışından şübhələnib evə kamera qoydular - Baxan kimi polisə getdilər - VİDEO
31 Yanvar 2023 13:54 DünyaTürkiyənin İstanbul şəhərində Özgül və Engin Koşar cütlüyü evdə təhsil alan 6 yaşlı autizmli uşaqlarının son zamanlardakı davranışından şübhələnərək otağına gizli kamera yerləşdiriblər.
Olaylar.az big.az-a istinadən bildirir ki, görüntüləri izləyən valideynlər oğullarının klinik psixoloq İ.A. tərəfindən qəddarcasına döyüldüyünü görüblər.
Uşağın fiziki və psixoloji şiddət gördüyünü anlayan valideynlər polisə şikayət ediblər.
Qeyd edək ki, 4 uşaqlı Koşar ailəsinin ən kiçiyi olan 6 yaşlı Mustafaya 2 yaşında autizm diaqnozu qoyulub. Məlumata görə, sözügedən psixoloq bir il yarımdır ki, uşaqla evdə məşğul olaraq təlim keçir.
Onun uşağın üstünə qışqırıb ağzına vurduğu görünən kadrları təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31