Kiyev İranın ballistik raketlərinə qarşı gələ bilməyəcək- ÖZƏL
31 Yanvar 2023 13:42 DünyaOlaylar.az xəbər verir ki, Ukraynanın İranın ballistik raketlərinə qarşı durmaq imkanı yoxdur. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) komandanlığının nümayəndəsi Yuri İqnat məlumat verib. "Rusiya hələ də İrandan PUA, Fateh və Zülfüqar raketlərini almağa hazırdır. Bunlar ballistik raketlərdir. Onları məğlub etmək üçün bizim vasitəmiz yoxdur", - deyə o bildirib İqnatın sözlərinə görə, ballistik təhdidlərə qarşı durmaq üçün Ukraynanın son nəsil Amerika Patriot PAC-3 və ya Fransanın SAMP/T kimi hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Bundan əvvəl ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild İran hakimiyyətini Rusiyaya ballistik raketlər verməməyə, KXDR rəhbərliyini isə, özəl hərbi şirkət tərəfindən istifadə edilən silahları göndərməməyə çağırıb.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays Rusiya və İran arasında hərbi-texniki əməkdaşlığın genişmiqyaslı müdafiə tərəfdaşlığına çevrildiyini bildirib.