Ukrayna ordusu Zaporojyedə yeni müdafiə xətti yaradır - ÖZƏL
31 Yanvar 2023 13:42 Dünya"Ukrayna silahlı qüvvələri Dnepr çayı üzərindəki Kamenskoye qəsəbəsini Rusiya qüvvələrinin uğurlu hərəkətləri nəticəsində itirdikdən sonra Zaporojye şəhərinin kənarında yeni müdafiə xətti yaradıblar".
Olaylar.az xəbər verir ki, bunu "Biz Rusiya ilə birlikdəyik" hərəkatının sədri Vladimir Roqov bildirib.
"Qulyaipole və Orexov Zaporojye şəhərinə gedən əsas istiqamətlərdir, bunlar Kamenskoye ilə birlikdə Ukrayna mövqelərinin bünövrəsi kimi tikilmiş dəstəkləyici strateji məntəqələrdir. Bu gün Kamenskoye artıq ukraynalı yaraqlılar tərəfindən idarə olunmur, ona görə də onlar başqa yerə köçürülüblər" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31