NATO Türkiyənin fikrinə məhəl qoymur?- ÖZƏL
31 Yanvar 2023 12:23 DünyaOlaylar.az xəbər verir ki,NATO İsveç və Finlandiyanı qəbul edərkən Türkiyənin mövqeyini nəzərə almaya bilər. Rusiya Avro-Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Tatyana Parkhalina bildirib ki, NATO-da artan ziddiyyətlər fonunda Ankaranın İsveç və Finlandiyanın alyansa qəbul edilməsi məsələsi ilə bağlı rəyi diqqətdən kənarda qala bilər. O qeyd edib ki, indiki vəziyyətdə "oyun qaydaları"ndakı dəyişikliyə təəccüblənmək lazım deyil, çünki dünya indi geosiyasi uçurum içindədir. "Dünya nizamı, eləcə də beynəlxalq institutlardakı qaydalar və oyunçuların qarşılıqlı əlaqəsi dəyişir", - ekspert əlavə edib. Bir gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə ayrıca baxa bilər.