ABŞ-ın hərbi hərəkəti İranla müharibəyə gətirib çıxaracaq?- ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın BMT-dəki Daimi Nümayəndəliyi ABŞ-ın İslam Respublikasına qarşı istənilən hərbi əməliyyatının müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib. "İran baxımından istənilən səviyyədə hərbi variant seçmək ABŞ-ın müharibəyə girməsi deməkdir. Hazırda İran belə bir ehtimalı zəif hesab edir", - deyə İranın diplomatik nümayəndəliyindən bildiriblər. Pentaqondakı mənbələrdən biri  bildirib ki, ABŞ İrana heç bir zərbə endirməyib və orada əməliyyatlar keçirmir. Bundan əvvəl İsrail hakimiyyəti İrana qarşı hücumların öz məqsədlərinə çatdığını bildirib. The Wall Street Journal-ın məlumatına görə, İrana qarşı bazar günü hücumu İsrailin xarici kəşfiyyat xidməti Mossad həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31