Ermənistan ordusunun kapitanı dövlətə xəyanətdə ittiham edilərək həbs olunub
31 Yanvar 2023 10:46 DünyaErmənistanın Milli Təhlükəsizlik Xidməti Silahlı Qüvvələrin kapitanını həbs edib.
"Report" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətindən bildirilib.
O, 2021-ci ildən etibarən xarici kəşfiyyata casusluq etməkdə ittiham olunur. Kapitan məxfi məlumatları xarici kəşfiyyata ötürməkdə şübhəli bilinir.
Həbs edilən hərbçinin adı açıqlanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31