Almaniya Ukraynaya döyüş təyyarələri tədarük edəcək? - ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniya Ukraynaya qırıcı təyyarələr vermək niyyətində deyil və AFR-nin bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Bunu Almaniya Nazirlər Kabinetinin mətbuat katibinin müavini Kristian Hofman deyib .

"Federal kansler artıq keçən həftə Bundestaqda bu mövzuda danışdı  , o, dünən Cənubi Amerikaya səfəri zamanı da dedi ki, bu mövzuda artıq hər şey deyilib, döyüş təyyarələri haqqında heç bir söhbət yoxdur", - deyə Almaniya nümayəndəsi bildirib. 

O xatırladıb ki, Almaniya Ukraynaya yardım baxımından Avropa liderlərindən biridir. O qeyd edib ki, "Leopard" tanklarının Kiyevə təhvil verilməsi ilə bağlı qərar ötən həftə qəbul edilib və hazırda "logistika, təlimlərin təşkili üçün icra prosesi" gedir.

O, həmçinin əlavə edib ki, Ukrayna üçün orta mənzilli raketlər, sualtı qayıqlar və ya döyüş gəmiləri kimi digər silahlara dair yeni tələblər ətrafında məsələ qaldırılanda kansler əvvəllər Almaniyanın Kiyevə yardım baxımından Avropa liderlərindən biri olduğunu vurğulamışdı.

"Bunlar hazırda diqqət mərkəzində olan və ilk növbədə həll edilməli olan məsələlərdir" deyə Hoffman yekunlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31