Rusiyadan İrana böyük dəstək - ÖZƏL
30 Yanvar 2023 14:20 DünyaOlaylar.az xəbər verir ki,Rusiya Bankı və İran Bankı arasında maliyyə və bank mesajlaşma sistemlərinin unifikasiyası haqqında saziş Tehrana Rusiyanın 700 bankı və dünyanın 13 digər ölkəsindən 106 bankla işləməyə imkan verəcək. Bu barədə İran Mərkəzi Bankının beynəlxalq məsələlər üzrə müavini Möhsün Kəriminin bəyanatında bildirilib.
"İran və Rusiyanın maliyyə mesajlaşma sistemləri birləşdirildikdən sonra 700 Rusiya bankı İran bankları ilə maliyyə mesajları mübadiləsi apara bilər. Həmçinin, daha 13 ölkədən 106 bank bu sistemə qoşulub, (indi onlar) İran bankları ilə maliyyə əməliyyatları həyata keçirə bilirlər", - İran tənzimləyicisinin rəis müavini bildirib.
Kəriminin sözlərinə görə, tərəflərin ötən bazar günü imzaladıqları razılaşma sayəsində Tehran faktiki olaraq məlumatların ötürülməsi və SWIFT ödənişlərinin həyata keçirilməsi üçün beynəlxalq banklararası sistemə ehtiyacını itirib.