İsrail İranın neft zavodunu bu cür vurdu - VİDEO

Ötən gün gecə saatlarında İsrail dronlarının İrana endirdiyi zərbələrlə bağlı görüntü yayılıb.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə İranın neft emalı zavoduna endirilən zərbənin nəticələri əks olunub.

Bəzi mənbələr isə yanan obyektin dron istehsal edən müəssisə olduğunu bildirir.

Qeyd edək ki, "Əl-Ərəbiyə" İsrailin PUA-larla Təbrizdəki dron zavodu, İsfahanda hərbi müəssisə və Mallarddakı sursat anbarına zərbələr endirdiyi haqda məlumat yaymışdı.

İran Müdafiə Nazirliyi isə yanvarın 28-si gecə saat 23:30-da İsfahanda yerləşən hərbi obyektə hücum zamanı insan itkisinin olmadığı, sursat istehsal edən zavoda cüzi ziyan dəydiyini iddia edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31