“Taliban”dan qadınlara qarşı daha bir QADAĞA
29 Yanvar 2023 12:59 DünyaƏfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı qızların ali məktəblərə qəbul imtahanlarında iştirakını qadağan edib.
Olaylar.az report-a istinadən xəbər verir ki, ölkənin Ali Təhsil Nazirliyi bütün özəl ali məktəblərə və təhsil müəssisələrinə qızların qəbul imtahanlarına buraxılmasının qarşısını almağı əmr edib.
Qeyd edək ki, "Taliban" ölkədə hakimiyyəti ələ keçirdikdən sonra qadınların ali və orta təhsilə çıxışını məhdudlaşdırmaq üçün sistemli şəkildə işlər görür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31