Xəzər dənizinin sahillərində ölü suitilər AŞKARLANDI

Rusiyanın Dağıstan Respublikasının Xəzər dənizi sahillərində yenidən ölü suitilər aşkarlanıb.

Olaylar.az milli.az-a istinadən bildirir ki, hazırda Mahaçqala çimərliyində səkkiz heyvan cəsədi tapılıb.

Mütəxəssislər xatırladıblar ki, Xəzər suitiləri və suitilər "Qırmızı Kitab"a daxil edilib və hazırda tamamilə yox olmaq təhlükəsi altındadır.

Xatırladaq ki, ötən ilin dekabrında Dağıstanda 700-ə yaxın suiti leşi tapılmışdı və həmin heyvanların ölümünün dəqiq səbəbi hələ də məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31