İran Ermənistanda "modern keçid məntəqəsi" qurur
28 Yanvar 2023 10:13 DünyaErmənistanın Dövlət Gəlirləri Komitəsi ilə İranın "Tana Energy Management Company" şirkəti arasında Mehri keçid məntəqəsinin modernləşdirilməsinə dair 18 milyon 495 min avro dəyərində müqavilə imzalanıb.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.
Komitə rəhbəri Rüstəm Badasyan birgə fəaliyyətə görə Avropa İttifaqına, Avropa Yenidənqurma və İnkişaf Bankına təşəkkür edib.
O əlavə edib ki, modernləşdirilmiş buraxılış məntəqəsi sərhəddən sürətli keçid üçün imkanlar yaratmağa kömək edəcək.
Qeyd edilir ki, tikinti işləri 2026-cı ildə başa çatdırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31