Rusiya qüvvələri Uqledarın şərqində və cənub-şərqində möhkəmlənir - ÖZƏL

"Rusiya qüvvələri Uqledarın şərqində və cənub-şərqində möhkəmlənib və bəzi qruplar atəşlə kəşfiyyat aparmaq üçün şəhərə daxil olur".
Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) rəhbərinin səlahiyyətlərini icra edən müşaviri Yan Qaqin bildirib.
"Uqledarın kənarında şiddətli döyüşlər gedir. Biz, həqiqətən də, şəhərin cənub-şərqində və şərqində mövqe qazanmışıq və orada döyüşlər gedir, artilleriya işləyir. Bəzi qruplar kəşfiyyat aparmaq üçün şəhərə girməyə cəhd edir" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31