Polşa diplomatı Kiyevi silahla təmin etməyə çağırır - ÖZƏL
27 Yanvar 2023 14:47 Dünya"Qərb ölkələri Ukraynaya uçuş məsafəsindən asılı olmayaraq ehtiyacı olan bütün silahları verməlidir".
Olaylar.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski bildirib.
"Bizim fikrimizcə, indiki məqamda silahları müdafiə və hücuma ayırmağın mənası yoxdur. Ukrayna müdafiədədir, özünü müdafiə edir. Ukraynaya verdiyimiz istənilən silah müdafiə xarakterli silahlardır. Heç bir məhdudiyyət və sərhəd olmamalıdır" - o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31