Avropa Ukraynadan gələn yeni qaçqın dalğasına hazırdır? - ÖZƏL

Olaylar.az xəbər verir ki,BMT -nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib ki, Avropa Ukraynadan gələn qaçqınların yeni dalğasına hazırlaşmalıdır.

Onun sözlərinə görə, Rusiya ordusunun şərq istiqamətində təzyiqlərinin artması səbəbindən yeni qaçqın dalğasını gözləmək olar. O qeyd edib ki, münaqişənin hər yeni eskalasiyası yeni qaçqın axınına səbəb olur.

"Hər dəfə döyüşlər şiddətləndikdə, insanlar təbii olaraq təhlükəsizliyə sığınmaq istəyirlər" deyə Qrandi bildirib.

Daha əvvəl Ukrayna baş nazirinin müavini İrina Vereşçuk bildirib ki, əlil ukraynalı qaçqınlar Polşada müavinət almaqda çətinlik çəkirlər  , çünki onların tibbi arayışları yerli hakimiyyət orqanları tərəfindən tanınmır. Ukrayna vətəndaşları üçün əlilliyi olan şəxsin statusunun müəyyən edilməsi proseduru uzunmüddətli və problemli olmaqda davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31