Koronavirus infeksiyasına qarşı ən yaxşı immunitet AÇIQLANDI
26 Yanvar 2023 21:45 DünyaHibrid immunitet koronavirus infeksiyasına qarşı ən yaxşı qalxandır.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, Kanada universitetinin alimləri koviddən qorunmaq üçün nəyin vacib olduğunu araşdırıb.
Onlar koronavirusla bağlı metanaliz aparıb.
26 elmi tədqiqatı araşdırıb belə nəticəyə gəliblər ki, pasiyent koviddən o halda tam qorunur ki, vaksinləşmənin tam kursunu keçib. Eləcə də 1-2 dəfə kovidə yoluxub sağalmaq da hibrid immunitet yaradır. Bu zaman vaksinləşmənin ardıcıllığı və fasiləsi əhəmiyyət daşımır.
Hibrid immunitet 12 aydan sonra da orqanizmdə effektiv fəaliyyət göstərir, 74% hallarda xəstəni ağır gedişatdan qoruyur.
12 aydan sonra bu faiz getdikcə azalır.
3-4 dəfə vaksin olunanlar 12 ay ərzində 94% xəstəxanaya düşməkdən, ağırlaşmaqdan sığortalana bilir.
Bununla yanaşı, digər elmi araşdırmalar əksinə vaksinlərin kovidə, xüsusən yeni mutasiyalara qarşı kiçik bir müdafiə rolunu oynadığını sübut edib.