“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi - FOTO

"Kurtlar Vadisi" serialındakı Bedir obrazı ilə tanınan aktyor Levent Güner vəfat edib.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, sənətçi ürəktutmasından dünyasını dəyişib.

58 yaşlı aktyorun ölümü barədə həmkarı Zafer Algöz məlumat yayıb.

Qeyd edək ki, "Eski bir sevda" adlı musiqi albomu olan Levent Güner "Dudaktan kalbe", "Reaksiyon", "Kaybolan yıllar" kimi layihələrdə də yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31