Qərb tankları Ukraynadakı döyüş meydanında vəziyyəti dəyişməyəcək - ÖZƏL

"Qərbin Kiyev rejiminə tank tədarükü Ukraynadakı vəziyyəti dəyişməyəcək və çətin ki, fəlakətli kimi qəbul edilə bilər".

Olaylar.az xəbər verir ki, bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov deyib.
"Bu tankların tədarükü və potensial tədarükündə yaxşı heç nə yoxdur, lakin bu, fəlakət kimi qəbul edilməməlidir. Onlar cəbhə xəttində heç nəyi dəyişməyəcək. Bizim qətiyyətimiz sübuta yetirilib", - diplomat vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31