"Microsoft"da problem: bu xidmətlərə daxil olmaq mümkün deyil
25 Yanvar 2023 15:38 DünyaTexnologiya dünyasının nəhəng şirkətlərindən biri olan "Microsoft" son bir neçə dəqiqə ərzində ciddi problemlə üzləşib.
Olaylar.az xəbər verir ki, bir çox "Microsoft" xidmətlərinə daxil olmaqda problemlər yaşanır.
"Downdetector" ilə bağlı rəylərə görə, "Microsoft 365", "Outlook", "Skype", "Teams Store", "Xbox Live", "Azure" və "Minecraft" daxil olmaqla bir çox xidmətlər aktiv deyil.
Bəzi istifadəçilər "Microsoft" xidmətlərinə yenidən giriş əldə etdiklərini bildirsələr də, bəzi istifadəçilər üçün giriş problemləri davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31