Qazaxıstan-Rusiya ticarət dövriyyəsi yaxın illərdə 30 milyard dollara çatacaq - ÖZƏL
25 Yanvar 2023 14:33 Dünya"Qazaxıstanın baş naziri Əlixan Smailov respublikanın Rusiya ilə ticarət dövriyyəsinin yaxın illərdə 30 milyard dollara çatacağını gözləyir".
Olaylar.az xəbər verir ki, bunu Qazaxıstan hökumətinin mətbuat xidməti Smailovun Saxa Respublikasının (Yakutiya) qubernatoru Aysen Nikolayevlə görüşünün yekunlarına dair bəyanatında bildirib.
"Əlixan Smailov qeyd edib ki, qarşılıqlı ticarət həcminin artırılması Qazaxıstan və Rusiya arasında əməkdaşlığın gələcək inkişafı çərçivəsində qarşıya qoyulan prioritetlərdən biridir. Beləliklə, ölkələr arasında ticarət dövriyyəsi 2022-ci ilin 11 ayında 7 dəfə artaraq 24 milyard dollar təşkil edibr", - deyə məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31