NATO ölkələri bu il müdafiə xərcləri üçün hədəfi artıracaq? - ÖZƏL

Olaylar.az xəbər verir ki, NATO -nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansının üzvləri 2023-cü ilin iyulunda keçiriləcək sammitdə müdafiə xərclərinə dair hədəfi qaldıra bilərlər ki, bu da hazırda dövlətlərin hər birinin ÜDM-nin 2%-i kimi müəyyən edilir. 

"Düşünürəm ki , iyulda Vilnüsdə NATO-nun sammitində görüşəcəyimiz zaman müdafiə xərclərinə yeni hədəf qoyulacaq  . 2%-lik hədəf əvvəlcə on il üçün, 2024-cü ilə qədər nəzərdə tutulmuşdu, indi biz onu yeniləməliyik", - deyə alyansın baş katibi bildirib.

O qeyd edib ki, hələ dəqiq nəyin razılaşdırılacağını bilmir.

"Mən təsəvvür edə bilərəm ki, bu, əvvəlkindən daha iddialı bir məqsəd olacaq, çünki hamı bizim daha çox sərmayə qoymalı olduğumuzu görür. Əminəm ki, Litvada keçiriləcək sammitdə  razılıq əldə olunacaq ".

Bundan əvvəl Yens Stoltenberq demişdi ki, NATO Ukraynadakı münaqişənin tərəfi  deyil və olmaq niyyətində deyil .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31