Qiyamət saatı 10 saniyə irəli çəkildi
25 Yanvar 2023 10:29 DünyaSimvolik qiyamət saatının əqrəbləri 10 saniyə irəli çəkilib. Artıq nüvə fəlakətinə qədər 90 saniyə qalıb.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, Ukraynadakı münaqişə "nüvə silahından istifadə riskini artırıb, dünyanın iqlim dəyişikliyinə reaksiyasını və digər qlobal problemlərin həlli üçün beynəlxalq səyləri çətinləşdirib".
Qeyd olunub ki, sülh danışıqları üçün yol tapmaq gərginlik riskini azalda bilər və "hazırda görünməmiş qlobal təhlükə çağırışlarına" qarşı birgə fəaliyyətdə hər saniyə vacibdir.
Xatırladaq ki, keçən il qiyamət saatı adlanan saatın əqrəbləri mümkün nüvə fəlakətindən 100 saniyə əvvəl dayanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31