“Yenidən işgüzar dialoqa qayıtmağı arzu edirəm" - İsveç Baş naziri

NATO-ya üzvlüyü ilə bağlı Türkiyə ilə işgüzar dialoqa qayıtmağa ümid edirik.

Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsveç Baş naziri Ulf Kristersson deyib.

"Yenidən işgüzar dialoqa qayıtmağı arzu edirəm. Bu prosesdə təmkinli olmağa çağırıram. İsveç, Finlandiya və Türkiyə üçtərəfli saziş imzalayıb. Hər şey yaxşı gedir. Lakin bəllidir ki, hər şeyi bəyənmirik", - deyə o bildirib.

Qeyd edək ki, Türkiyə, İsveç və Finlandiya arasında NATO-ya üzvlüklə bağlı üçtərəfli formatda görüş Ankaranın tələbi ilə ləğv edilib.

Bir neçə gün öncə Stokholmda Türkiyə səfirliyi qarşısında Quran-Kərimin yandırılması Türkiyənin haqlı narazılığına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31