ABŞ senatoru TikTok-u ölkədə qadağan edən qanun layihəsi təqdim edəcək
24 Yanvar 2023 22:13 DünyaABŞ-ın respublikaçı senatoru Coş Houli ABŞ Senatına "TikTok" sosial şəbəkəsinin bütün ölkə ərazisində istifadəsini qadağan edən qanun layihəsi təqdim edəcəyini bildirib.
Olaylar.az bildirir ki, bu barədə senator öz "Twitter" səhifəsində yazıb.
"Keçən ay Konqres "TikTok"un bütün hökumət cihazlarında istifadə edilməsini qadağan edib. İndi mən onun ölkə daxilində qadağan edilməsi üçün qanun layihəsi təqdim edəcəyəm", - deyə o bildirib.
Qeyd edək ki, 2022-ci il dekabrın sonunda ABŞ prezidenti Co Bayden ölkənin 2023-cü maliyyə ili üçün büdcəsini təsdiqləyib (1 oktyabrdan başlayıb). Bu sənədə, o cümlədən ABŞ hökumət işçilərinə iş cihazlarında "TikTok" sosial şəbəkə tətbiqindən istifadəni qadağan edən müddəa da daxildir. Həmin qanun layihəsini Senata C.Houli təqdim etdi.