"Məqsədimiz nüvə raket mühərrikinin uğurlu nümunəsini yaratmaq və nümayiş etdirməkdir" - NASA

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ABŞ Müdafiənin Perspektiv Tədqiqat Layihələri Agentliyi (DARPA) ilə birgə əməkdaşlıq çərvisəində 2027-ci ilə qədər Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə NASA-nın rəhbəri Bill Nelson deyib.

"NASA ABŞ-a qabaqcıl nüvə raket mühərrikini hazırlamaq və nümayiş etdirmək üçün uzunmüddətli tərəfdaşımız DARPA ilə əməkdaşlıq edəcək", deyə o bildirilib.

Onun sözlərinə görə, bu mühərrik ABŞ-a gələcək pilotlu missiyaların imkanlarını genişləndirməyə imkan verəcək inqilabi texnologiyadır.

"Məqsədimiz 2027-ci ildə nüvə raket mühərrikinin uğurlu nümunəsini yaratmaq və nümayiş etdirməkdir", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31