Hande Erçelin məşhur biznesmenlə görüntüsü yayıldı - FOTO
24 Yanvar 2023 16:33 DünyaHəmkarı Kerem Bürsindən ayrıldıqdan sonra Kaan Yıldırımla birlikdə yaşayan türkiyəli məşhur aktrisa Hande Erçelin biznesmen Hakan Sabancı ilə sevgili olduğu iddia edilib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, xəbərə əsəbiləşən aktrisa bunu təkzib edib və həyatında heç kimin olmadığını bildirib.
İki aydır yan-yana görünməməyə çalışan cütlüyün nəhayət ki, birgə ilk fotosu yayılıb.
Sabancının Emirqandakı evində təşkil olunan ad günü ziyafətinə qatılan məşhurlar bu dəfə müxbirlərin gözündən yayına bilməyiblər.
Hər dəfə Sabancı ilə münasibəti barədə söhbətlərin yalan olduğunu deyən Erçelin bu dəfə necə açıqlama verəcəyi isə maraq doğurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31