Türkiyənin Ağrı şəhərində hərbi maşın aşıb.
Olaylar.az "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 hərbçi həlak olub.
Məlumata görə, yolların buz bağlaması səbəbindən sürücü idarəetməni itirib və qəza baş verib.
Qəzaya düşən hərbçilər patrul xidməti yerinə yetirirmiş.